Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yaranıb. Onun müalicə üçün Türkiyəyə aparıldığı deyilir. “Bakupost” xəbər verir ki, Oqtay Şirəliyevin xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Bununla bağlı dəfələrlə Almaniya və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib.
Xəstəliyin sürətlə inkişaf etməsi keçmiş nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir.