Tanınmış jurnalist Ülkər Qasımova Xəzər Media Mərkəzindəki fəaliyyətini dayandırıb.
Ülkər Qasımova Xəzər Media Mərkəzindən getdi
Pravda.az xəbər verir ki, bu barədə Ü.Qasımova özü məlumat yayıb.
"Fəaliyyətim dövründə mənim "Xəzər TV"yə Xəzərinsə mənə xeyir verdiyinə əminəm. Müzakirələrin fonunda olunan müqayisələr görülən işlərin, münasibətlərin çəkisini göstərir. Yəni, müqayisələr insanın fəaliyyətinin və gördüyü işlərin tərəzisi olur. Əsas odur ki, görülən işlər, çəkilən zəhmətlər, düşünən beyinlər, yanan ürəklər izafi xərc olmasın! Allah hər birimizin yolunu açıq etsin. Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşova və rəhbərlik etdiyi kollektivə gələcək fəaliyyətində uğurlar arzu edirəm", - o qeyd edib.