Karantın müddəti may ayının 31-nə kimi uzadılsa da, bu, qarşıdakı günlərdə növbəti yumşaldılmanın olması ehtimalını inkar etmir.
Sırada isə bu yumşaldılmanın onlara şamil olunmasını səbirsizliklə gözləyən restoran sahibləri var. Hansı ki, yerində xidmət üçün səbirsizlənsələr də, həm də təlaşlıdırlar. Deyirlər, biz də istəyirik qoyulan qaydalara riayət edək. Amma onsuz da geridə qoyduğumuz bu müddətdə xeyli itkilərimiz olub. Etməyə məcbur olduğumuz yeni qaydalar isə bizə əlavə xərc deməkdir.
“Bu müddət bizim üçün xeyli ağır oldu. İşçilərimizin yarısını evə göndərdik. Yarısı isə onlayn çatdırma işi ilə məşğul oldu. Bu sahə elədir ki, gərək işçiyə gündəlik maaş verəsən”, – deyə sahibkar vəziyyəti izah edir.