Bakı şəhəri Abşeron rayonu Masazır kəndində atasına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.
Pravda.az xəbər verir ki, Əliyev Ceyhun Mobil oğlu Abşeron rayonu Masazır kəndi, Hamlet Həşimov küçəsi, ev 15 ünvanında yerləşən mənzildə atası - 1956-cı il təvəllüdlü Əliyev Mobil Məhərrəm oğlu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun qarın nahiyəsindən qəsdən iki dəfə bıçaqla zərbə vuraraq Mobil Əliyevə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirib.