Bakıda magistral yolda hərəkətin əks istiqamətinə sürərək həm özü, həm də digər sürücülərin həyatını riskə atan sürücünün saxlanılma anının görüntüləri yayılıb.
Bu barədə baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.
Məlumata görə, narkotik vasitənin təsirində olan sürücü Bakıxanov qəsəbəsi, Süleyman Axundov küçəsi 44A ünvanında Dövlət Yol Polisinin (DYP) üç avtomobili tərəfindən sıxışdırılaraq saxlanılıb.
Buna qədər Dövlət Yol Polisi İdarəsindən (DYPİ) baku.ws-ə daxil olan məlumatda bildirilib ki, Bakı şəhər DYPİ əməkdaşları tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün KIA markalı, 99-RO-503 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq H.Əliyev prospektində nəqliyyat axınına əks istiqamətdə hərəkətini davam etdirib.