"ATV" -də yayımlanan "Bizimləsən" proqramının efir yayımının yarımçıq dayandırılması ilə bağlı telekanal tərəfindən açıqlama verilib.
Zaurun səhhətində problem yarandı
"ATV" - nin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimlinin verdiyi açıqlamada bildirilir:
"Bu gün " Bizimləsən" proqramının son saatında aparıcı Zaur Baxşəliyev özünü pis hiss edib və proqramın son 1 saatlıq hissəsinə çıxmamağı və istirahət etməsi tövsiyyə olunub. Yayımın dayandırılması ilə bağlı başqa heç bir səbəb yoxdur. Sabahdan etibarən işinin başında olacaq"./Demokrat.az