Etibarnamə ilə avtomobil aldı, başına iş gəldi. Avtomobili sürə bilməmiş nəqliyyat vasitəsinin üzərinə həbs qoyuldu.
Pravda.az Xəzər TV-yə istinadən bildirir ki, xəbər verir ki, Ağcabədi sakini Allahverən Hacıyev iki il öncə paytaxtdakı avtomobil bazarından etibarnamə ilə maşın alıb. 10 aydan sonra ona polis bölməsindən zəng edilib və maşının üzərinə həbs qoyulduğu bildirilib.
Allahverən Hacıyev baş verənlərdən sonra maşının əvvəlki sahibini axtarmağa başlayıb. Həmin şəxs də iddia edib ki, onun avtomobilin ilk sahibinə heç bir borcu olmayıb. Sadəcə olaraq avtomobilin sahibi olan həmin xanım vəziyyətdən sui-istifadə edir.