“Rabitəbank” ASC-nin İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Nərmin Seyidova vəzifəsindən ayrılıb.
Nərmin Seyidova vəzifəsindən azad edildi
Pravda.az-ın xəbərinə görə, bu barədə məlumatı N. Seyidovanın özü təsdiqləyib. Seyidova bildirib ki, onu bu vəzifədə artıq Gülşən Həsənzadə əvəz edəcək.
Qeyd edək ki, Gülşən Həsənzadə bundan öncə “Endorphin”, “Media Balans” reklam agentliklərində, “Azərsun Holdinq”də çalışıb və beynəlxalq layihələrdə iştirak edib.Qafqazinfo