“Məgər Yaşar Nuri kimi aktyor var idi? O, çox gözəl, fantastik gücə malik aktyor idi. Onun oynadığı obrazlar, yaratdığı şah əsərlər qarşısında bir sənətkar kimi baş əyirəm. Nə oldu, indiyənə qədər onun yaratdığı obraz haqqında bu cür fikir səslənməmişdi, indi hansısa gənc aktyor çıxıb efirə, bu haqda fikir səsləndirir? Əgər bu barədə nəsə olsaydı indiyənə qədər deyilərdi”. Bu sözləri Musavat.com-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova “Azərbaycanda ilk gey rolunu Yaşar Nuri oynayıb” fikirlərinə münasibət bildirərkən deyib. Firəngiz Mütəllimova mərhum Xalq artisti Yaşar Nurinin 1989-cu ildə çəkilən “Qonşu qonşu olsa...” film-tamaşasında yaratdığı obrazın heç də gey obrazı olmadığını deyib:
“Həmin tamaşaya illərlə böyük həvəslə baxıram. Tamaşaya baxanda heç bu haqda düşünməmişəm, ağlıma da gəlməyib. Əgər deyildiyi kimi olsaydı bunu ilk biz, həmin tamaşanı oynayanlar, onun yanında işləyənlər bilərdi.
Bilirəm ki, Nofəl istedadlı gəncdir, amma onun Yaşan Nuriyə qarşı səsləndirdiyi fikri səhvdir.
İndi elə bir dövrə gəlib çatmışıq ki, kimsə gündəmə gəlmək, tanınmaq, haqqında nəsə yazılmasını, danışılmasını istəyir, bu cür variantlara əl atır.