26 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Diana Mondino arasında telefon danışığı baş tutub.
XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı ilk öncə nazir Ceyhun Bayramov nazir Mondinoya yüksək vəzifəyə təyinatı münasibətilə təbriklərini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanla Argentina arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib, ölkələr arasında siyasi məsləhətləşmələrin əhəmiyyəti qeyd olunub. Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun işinin intensivləşməsi, növbəti görüşə hazırlığın əhəmiyyəti diqqətə çatdırılıb.