"Sərxan kiçik oğlum idi. Dördüncü sinfə qədər Ağbulaq kənd Orta məktəbində oxuyub. Daha sonra gedib Sumqayıta, qızıl medalla bitirmişdi. Olimpiadalarda iştirak etmişdi, qalib olmuşdu".
Bu sözləri Baku TV-yə açıqlamasında Bakıda dəm qazından boğularaq ölən Əli və Sərxan Həsənov qardaşlarının atası deyib.