Bu gün saat 21.00 radələrində sahildən 30 km aralı Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildirilib ki, dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız Qalası” sərnişin gəmiləri hadisə yerinə gəlib. Heyət üzvləri və sərnişinlər bu gəmilərə təxliyə ediliblər.