Dələduzluqda təqsirləndirilən “İnform Xəbər TV” yutub kanalının rəhbəri, 1971-ci il təvəllüdlü Azər Kazımova hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, Qax Rayon Məhkəməsi Azər Kazımovu Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilib.
Məhkəmə A.Kazımovun 4 sentyabr 2023-cü ildən 18 yanvar 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanılmasını nəzərə alaraq 2 il 3 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası verib. Onun üzərinə elektron qolbaq taxılıb.