Xəbər verdiyimiz kimi, Orxan Lökbatanlının sosial şəbəkələrdə yayılan tort videoları müzakirə yaradıb. Belə ki, O.Lökbatanlı və Vasif Əzimov Həzrəti Əlinin ad gününün qeyd olunduğu məclisdə səhnə alıblar. Onlar imamın ad günü üçün xüsusi dekorlu tort hazırlatdırıblar. Söz ustadlarının bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən qınanılıb. Məsələ ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, İslam dinində belə bir anlayış yoxdur:
“Bu məsələ ilə bağlı konkret olaraq nə isə demək mümkün deyil. Çünki biz həqiqətən azad bir ölkədə yaşayırıq, istəyən adam istədiyi yerdə bu cür məclis keçirə bilər. Həmin şəxs istər gəncəli, istər qaradağlı, istərsə biləcərili olsun, o, tort bişirtdirib hansısa ad günü keçirə bilər, bu insanların şəxsi məsələsidir.
Dinə qaldıqda isə dinimizdə belə bir anlayış olmayıb, yoxdur. Bunu edənlərə də “sən niyə edirsən?” deyə bilmərik”.