İki nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Pravda.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat yayıb.
"Hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl edilməməsi, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına nəzarətin düzgün təşkil edilməməsi nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilib.
Belə ki, yanvarın 25-də 2001-ci il təvəllüdlü Əli Həsənov və onun qardaşı 2002-ci il təvəllüdlü Sərxan Həsənovun paytaxtın Nərimanov rayonunda yerləşən fərdi yaşayış evində ölmələri faktı ilə bağlı aparılan araşdırma zamanı icra olunan prosessual hərəkətlər, təyin olunan məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində mərhumların ölümünə dəm qazından zəhərlənmənin səbəb olması müəyyən edildiyindən Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.