Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda vəzifəli şəxs vəfat edib

2 028
Paylaş:
Azərbaycanda vəzifəli şəxs vəfat edib


Azərbaycan  Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının sədri vəfat edib.

Miqrant Şurasının sədri Gökhan Çoban xərçəng xəstəliyindən dünyasını dəyişib. Məlumata görə, müalicə aldığı "Emsay" xəstəxanasında vəziyyəti ağırlaşan G.Çoban bir neçə gün əvvəl reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, o daha əvvəl də Rabitəbank ASC-də Pərakəndə Bankçılıq Departamenti Direktorun müşaviri olaraq işləyib.

G.Çoban 2022-ci ilin dekabrda Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının sədri seçilmişdi.

10 ildən çoxdur Azərbaycanda yaşayan G.Çoban azərbaycanlı xanımla evli idi.

O, daha əvvəl xərçəng xəstəliyinə qalib gəlsə də, sonra yenidən bu xəstəlik onda baş qaldırmışdı./Olke.a

Paylaş:

Ən son xəbərlər