“Bizim ailəmiz musiqiçilərdən ibarət olub. 55 ildən çoxdur ki, qarmonda ifa edirəm. Biz musiqiçilər bundan çörək qazanırıq. Sənətimdən bezməmişəm, amma bizim də canımız candır da, insan çox vaxt yorulur. Taxtanı vurursan taxta qırılır, dəmiri vurursan dəmir əyilir. Qarmon vəfalı dostumdur. O qədər dönük, əhdinə vəfasızları görmüşəm ki, təkcə qarmon mənə dönük çıxmayıb”. Bunu “Moderator”a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.
“Hər gülün öz ətri var, mən özümə bu sənətdə rəqib görmürəm. Öz sözümü demişəm, bəsimdir. Bundan sonra nə etməliyəm?! Bəzən deyirlər ki, “mən Xalq artistiyəm”, “mən Əməkdar artistəm”. Sən həyatda adi adamsan, səhnədə Xalq artistisən. Ona görə də özünü insan kimi apar. O biri dünyada yaxandan orden, medal asmayacaqlar buna görə”, - deyə Gövhər Rzayeva əlavə edib.
Gövhər Rzayeva paxıllıq edən insanlardan uzaq gəzdiyini bildirib: