Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini, 1961-ci il təvəllüdlü Cavadov Sahib Rəşid oğlu dünən həmin tibb ocağında əməliyyat edilib.
Ayaq barmağındakı ağrı ilə əlaqədar cərrahi müdaxilə olunan şəxsin vəziyyəti qısa vaxt sonra pisləşib və vəfat edib.