Bakıda mişar daşı ilə yüklü avtomobil təxminən beş-altı metr hündürlükdən evin həyətinə aşıb. Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Xətai rayonunda baş verib.
Zeytun küçəsi ev 97-də yaşayan Ülkən İmanovanın sözlərinə göə, hadisə baş verən vaxt xoşbəxtlikdən evin içində olublar.
Sürücünü isə qonşular bir neçə dəfə yuvarlanan avtomobildən çıxarıblar.
Məlumata görə, o, başından və üzündən xəsarət alıb.