Azərbaycanın tanınmış sənətçilərindən biri, zərb alətləri ustası Eldar Qafarov bu gecə dünyasını dəyişib.
Pravda.az milli.az-a istinadən xəbər verir ki, o, xroniki şəkərli diabet, böyrək çatışmazlığı və hipertoniya xəstəsi idi.
69 yaşlı Eldar Əliabbas oğlu Qafarov Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (hazırkı Bakı Musiqi Akademiyasının) məzunu idi. O, zərb alətləri ixtisası üzrə professor Həsən Rzayevin sinfində təhsil alıb.
1983-cü ildə Yuli Qusmanın teatrında, 1984 - 1989-cu illərdə Rəşid Behbudov adına Mahnı və Rəqs Teatrında, 1990 - 2000 illərdə isə Xalq artisti Zeynəb Xanlarovanın kollektivində fəaliyyət göstərib.