Sosial şəbəkələrdə “Jalilov” profili üzərindən qalmaqallı paylaşımlar edən yeniyetmənin psixatriya xəstəxanasına yerləşdirildiyi açıqlansa da, onun küçədə gəzdiyi əks olunan videolar yayılır. İddia olunur ki, yeniyetmə Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirilsə də, orada çox qalmayıb.
Pravda.az xəbər verir ki, sosial şəbəkələrdə TikTokerin yeni videoları yayılıb. Həmin videonun dünən (yanvarın 30-da) günorta saatlarında çəkildiyi bildirilir. Həmçinin yeniyetmənin “canlı” açması iddiası da var. 2009-cu il təvəllüdlü 9-cu sinif şagirdi olan tiktoker məşhur ailədəndir – Milli Məclisin mərhum vitse-spikeri Afiyəddin Cəlilovun nəvəsidir. Elə mərhum babası Afiyəddin Cəlilovun adını da daşıyır. Bu məqam Tiktokda eybəcər davranışlı yeniyetmə ilə bağlı müzakirələri bir qədər də qızışdırıb. Çoxları tənqid edərkən yeniyetmənin qonşularından biri onun müdafiəsinə qalxıb. 15 yaşlı Afiyəddin Cəlilovun qonşusu Zərifə Mahmudova modern.az-a deyib ki, yeniyetmə “TikTok”un qurbanıdır: