Nicat Rəhimovla Azər Baxşəliyevin aparıcılığı ilə hər həftə "Xəzər" telekanalında yayımlanan "Zarafat bir yana" verilişində xoşagəlməz hadisə yaşanıb.
Pravda.az publika.az-a istinadən xəbər verir ki, verilişin növbəti buraxılışının qonağı meyxanaçı Ələkbər Yasamallı olub. O, verilişdə izləyicilərdən birinin ona ünvanladığı sualı bəyənməyib. İzləyicinin verdiyi sualdan bərk qəzəblənən meyxanaçı iradlarını verilişdən sonra çay masası arxasında aparıcılarla bölüşüb. Sözügedən kadrları Nicat Rəhimov instaqramda payalşıb.