Lerikdə yerləşən Təbəssüm Ailəvi İstirahət Mərkəzində güclü yanğın baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə istirahət mərkəzinin sahibi Akif Əliyev məlumat yayıb.
Onun sözlərinə görə, yanğın nəticəsində mərkəzin 5 binası, mətbəx və qonaq otaqları yanıb.