Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Vəzifəli şəxs qəzada öldü

723
Paylaş:
Vəzifəli şəxs qəzada öldü

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 14-cü kilometrliyində qeydə alınıb.

Goranboy rayon Todan kənd sakini Ağamalı Məmmədovun idarə etdiyi avtomobillə Gəncə sakini Samir Qarayevin sürdüyü maşın toqquşub. Nəticədə A.Məmmədovun avtomobilində olan sərnişin, 1969-ci il təvəllüdlü İbrahimov Şirin Qələndər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qəzada həyatını itirən Şirin İbrahimov Todan Bələdiyyəsinin sədri vəzifəsində çalışırmış.

Paylaş:

Ən son xəbərlər