"Milli Şura" adlanan qurumun keçirdiyi videokonfransda radikal müxalifət nümayəndələri bir-birini küçə söyüşləri ilə təhqir edərək növbəti dəfə özlərinin iç üzünü göstərdilər.
Pravd.az-ın xəbərinə görə, bunu Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.
O bildirib ki, radikal müxalifətin canlı yayımda olan videokonfransında küçə jarqonlarından istifadə olunurdu: “Hətta aralarında qadının da olmasına baxmayaraq, küçə söyüşlərindən istifadə etmələri onların hansı əxlaq normalarına sahib olduqlarını bir daha ortaya qoydu. Orada iştirak edən Gültəkin Hacıbəylinin özü belə davranışında bir xanıma, Azərbaycan qadınına yaraşmayan leksikondan, küçə jarqonundan istifadə edirdi. Sözsüz ki, radikal müxalifətin belə davranışı onlara bir araya gəlməyə imkan vermir və heç zaman da verməyəcək. Çünki ünsiyyətdə söyüş ritorikasından istifadə edən bu şəxslər bir-birilərini ölümlə də hədələyirlər”.