Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

SMS-lə evdən çıxmaq ləğv edilsə də... - TƏBİB-dən daha bir XƏBƏRDARLIQ

1 684
Paylaş:
SMS-lə evdən çıxmaq ləğv edilsə də... -     TƏBİB-dən daha bir XƏBƏRDARLIQ

“10-14 gün sonra ortaya çıxacaq göstəricilərə əsasən növbəti mərhələlərlə bağlı qərar veriləcək”.

Pravda.az-ın xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, SMS-lə evdən çıxmaq ləğv edilsə də, insanlar küçələrə, bulvara və parklara axın etməməlidir.

“Hər bir vətəndaşımızı məsuliyyətli olmağa çağırırıq”, - deyə TƏBİB-in sədri vurğulayıb.

R. Bayramlının sözlərinə görə, restoran və çay evlərində müvafiq tibbi-metodik göstərişlərə əməl olunmalıdır.

 O qeyd edib ki, bu qaydalar əməl etməyənlər ciddi şəkildə inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Paylaş:

Ən son xəbərlər