Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədovun münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə zor tətbiq etdikləri Həsən Əzizovla bağlı maraqlı faktlar məlum olub. BAKU.WS-in əldə etdiyi məlumata görə, Həsən Əziziv Ukraynanın paytaxtı Kiyev şəhərində yaşayır.
44 yaşlı Həsən Əzizov da MMA qaydaları ilə döyüşlərdə iştirak edib. 1996-cı ildə ilk dəfə cüdo ilə məşğul olmağa başlayıb. 2006-cı ildən isə qarışıq döyüş növləri ilə məşğul olub. 2018-ci ildə Ermənistanın MMA döyüşçüsü Lüdvik Şolinyan azərbaycanlı idmançı Həsən Əzizovla döyüşməkdən imtina edib.