Bu gün – 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır deyirlər. Bir millətin mövcud olması onun sağlam gəncliyinin olması, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.
Pravda.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Əli Nur bildirib ki, gələcəyin etibarlı təminatı intellektual səviyyəli, vətənpərvər kadrların yetişdirilməsindən asılıdır. Onun sözlərinə görə bu təbliğat kiçik yaşlardan məktəblərdə aparılmalıdır:
“Gəncləri orta məktəbdən yetişdirmək lazımdır. Hər şey sistemli formada olmalıdır. Ədəbiyyat forumunda məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqubova durub deyir ki, biz Mirzə Ələkbər Sabiri, Səməd Vurğunu orta məktəb dərsliyindən ona görə çıxarmışıq ki, standartlara cavab vermir. Bu nə deməkdir?! Səməd Vurğun dünya şöhrətli şairdir, onun hər bir misrası aforizmdir, qızıldır. Mirzə Ələkbər Sabirin şeirləri ilə böyümüşük, anamız gecə bizi yatızdıranda onun misralarından oxuyub. Standartlara cavab vermir nə deməkdir?
Əxlaq pozulub, təhsil pozulub, müəllimlər uşaqlarda vətənpərvərlik ruhu aşılaya bilmir!