Məsələ ilə əlaqədar bu gün səhər saatlarında podratçı şirkətin mütəxəssisləri və elmlər doktoru, professor, memar Elçin Əliyevin iştirakı ilə qeyd edilən ünvandakı binaya baxış keçirilib. Baxış zamanı burada həyata keçirilən işlər qənaətbəxş sayılmış, cüzi nöqsanlar aşkar edilsə də, binaya zərər vurulması xəbəri öz təsdiqini tapmayıb.
Pravda.az xəbər verir ki, E.Əliyev tərəfindən təmir işlərini aparan şirkətin nümayəndələrinə müvafiq tövsiyələr verilib və aşkar edilən cüzi nöqsanların ən qısa vaxtda aradan qaldırılması tövsiyə olunub.
***
2024-02-02 18:41
“Bakıda, Neftçilər prospekti, 65 ünvanındakı binanın fasadının ağardılması tarixi binaya müdaxilə etmək deməkdir”. Bunu Oxu.Az-a açıqlamasında memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev deyib.