““İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə bu dövlət qoruğunu şəxsi biznes obyektinə çevirib. İçərişəhərdə yaşayan insanların problemləri, tələbləri onun üçün heç bir əhəmiyyət kəsb etmir.
İçərişəhərə daxil olan avtomobillərdən gün ərzində yığılan 8 min manat vəsait rəsmiləşdirilmir. Bundan başqa İçərişəhərdə baş tutan film çəkilişləri və digər tədbirlərdən alınan vəsaitlər də mənimsənilir”.