Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı həbs edilən “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarı və faktiki sahibi, ATV-nin eks-prezidenti Tağı İbrahimovla bağlı sensasion faktlar üzə çıxıb.
Partlayışdan öncə Tağı İbrahimov Badamdar Kompleksində yerləşən "Pullman Baku" (əvvəlki adı: "Kempinski Hotel Badamdar") otelinin 15-ci mərtəbəsini şəxsi istirahət məqsədi üçün aylıq icarəyə götürüb.
İddialara görə, Tağı İbrahimov həmin məkanın icarəsi üçün aylıq on minlərlə vəsait ödəyirmiş. Həmçinin, sözügedən məkanda tez-tez kef məclisləri təşkil edirmiş.