Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Şəmkir sakinini güllələməkdə şübhəli bilinən qardaşlar saxlanılıb

930
Paylaş:
Şəmkir sakinini güllələməkdə şübhəli bilinən qardaşlar saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1997-ci il təvəllüdlü Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:

Ən son xəbərlər