BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəsul Quliyevdən Milli Şuraya SƏRT TƏNQİD

“Milli Şura adlanan qurumun iclasında baş verənləri izlədim. Bu şuradan ağıllı bir iş gözləmirdim, amma belə neqativ səviyyədə olduqlarını düşünmürdüm. Ən əsası peşəkar jurnalist Qənimət Zahidin “iclas bir başa efirə gedir, dediklərinizə fikir verin” çağırışına tanımadığım birisi çox həyasız reaksiya verir... Nə üçün həyasız yazıram, çünki ondan öncə bu adam ağzı köpüklənə-köpüklənə bir sıra ağla sığmaz biədəb sözlər işlətmişdi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

 

“Birincisi, homoseksual birisini təhqir etməsi, “Hitler nə üçün bunların kökünü kəsib qurtarmadı?” bağırması və orada oturanların bu sayaqlamanı gülüş, yəni alqışla qarşılaması mənim bu məsələyə qayıtmaq və nəsə yazmaq həvəsimi sıfıra çatdırdı. Çünki bu cür başı boş, ağıldan kəm adamları heç bir yazı ilə anlatmaq mümkün deyil. Bu videodan sonra özünü 2013-ci ildən "prezident", “Milli Şuranın sədri", “tarixçi professor” adlandıran şəxsin yazısını oxudum və bununla əlaqədar yazı yazmamağın mümkünsüzlüyünü anladım. Bu adam birdən-birə sifətini bozardıb hökümətin bir daha qanunları pozduğunu Milli Şuranın “gizli iclasının” videosunun publik efirə çıxarmasını cinayət adlandırdı. Birincisi bu yazıq adam ətrafından soruşsaydı, orada iştirak edənlərin hər biri “biz iclasın birbaşa efirə getdiyini bilirdik və bunu Qənimət Zahid də qeyd etmişdi” cavabını almış olardı. Məsələnin ikinci tərəfinə gəldikdə isə, ey öz-özünü xəyalında müxtəlif vəzifələr sahibi, “görkəmli tarixçi professor” sayan şəxs, siz kimin-kiminlə hansı intim münasibətlə yaşadığını müzakirə etmək üçün qapalı iclas keçirirdiniz? “Ana müxalifətin” işi budurmu? Digər tərəfdən ReAl və ya Müsavat Partiyalarının hansınınsa pulla, hansınınsa pulsuz hökümətə satıldığını elan etmək qapalı iclasın mövzusu olubsa, vay bu xalqın halına ki, sizin kimi övladları var. Leninin həyat yolu leksiyalarını oxuyan, Sovet ittifaqının ABŞ-dan üstünlüyü barədə əsər yazan, sonralar Mircəfər Bağırovu qəhrəman edən, soyuq müharibənin Təbrizdən başladığnı (xəstə ağılın məhsuludur) “sübut edən” şəxsdən bu yazıdan başqa nə gözləmək olardı?! Təbii ki, heç nə! Məni ən çox təəssüfləndirən bu “şura” adlandırılan yığımla müqayisədə pozitiv təsir bağışlayan Gültəkin Hacıbəylinin və Eldəniz Quliyevin (Artıq bu qurumdan ayrılıb, təqdirə layiqdir) bu qurumda olmalarıdır. Lakin xanımın hər şeydə “qərb belə düşünür bizdə gərək elə düşünməsəkdə, elə deyək” ideyası düzgün ideya deyil. Fərqli orientasiyalı olan insanlara münasibət normal olmalıdır. Onlara nifrət edən və ya bu barədə çığır-bağır salanlar adətən özlərinin bu qəbildən olmamasına şübhələnən şəxslərdir. Bu barədə müzakirə açmaq istəmirəm, ancaq bu mövzuya bir neçə gündən sonra bir daha qayıdacağam. Hesab edirəm ki, insanlar bu “professor” kimi camaatı aldatmamalıdırlar, yalan deyəndə qızarmalı və bir də bunu etməməlidirlər...” – R.Quliyev qeyd edib.

Tarix: 15 May 2020, 20:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin