2015-2020-ci illərdə Bərdə Məşğulluq Mərkəzinin direktoru işləmiş Bilman Şadlinskiyə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında idarələrin birində Kadrlar sektorunda böyük məsləhətçi işləyən Bilman Şadlinskiyə Cinayət Məcəlləsinin (bundan sonra CM) 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə cinayət işi açılıb.
Ona cinayət işinin açılmasına səbəb Bərdə Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyərkən yol verdiyi qanunsuzluqlar olub. Belə ki, o, bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş özgə əmlakına külli miqdarda ziyan vurmaqla israf etməkdə günahlandırılıb.

Bilman Şadlinski
Bilman Şadliniskinin təkcə 2016-cı ildə ümumilikdə 23 nəfər iş axtaran şəxs üçün dövlət tərəfindən ayrılan 112.193 manat vəsaiti müxtəlif yollarla mənimsəməsi məlum olub. O, tanışları ilə əlbir olaraq, öncə onları tenderin qalibi edib. Daha sonra onlar Bərdə mal bazarından heyvanlar, Sədərək Ticarət Mərkəzindən ucuz dərzilik ləvazimatları alaraq, 9 nəfərə aktivlər veriblər. Yerdə qalan 14 nəfəri isə aktivlərlə təmin etməyiblər. İstintaqda onun digər qanunsuz əməlləri də yer alıb.
