Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor ilk həyat yoldaşından boşanmasından danışıb:
"Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur - red.) o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarşı mehriban olurlar. Kişinin bir sözünü iki etmirlər. Qadın kişiyə böyük kimi, ər kimi baxır. Birinci həyat yoldaşım Dağıstandan gələndən sonra mənə elə bir söz dedi ki... O sözü heç kimə deməmişəm, çünki deyiləsi deyil. Həmin sözündən sonra onunla bir yastığa baş qoya bilməzdim. Bu sözlərdən sonra onunla necə barışa bilərdim?
Paltarlarımı geyinib oturdum maşına və getdim rəhmətlik bacımgilə. Uşaqlar onda balaca idi. Bu əhvalat çoxdan olub. Bacıma dedim ki, icazə ver burada bir-iki gün qalım, özümə ev tutacağam. Bacım sual verdi ki, "Evinə geri qayıdacaqsan?” Cavab verdim ki, o evə qayıtsam, kişi olmaram".