"Naxçıvan-Əcəmi Tikinti-Quraşdırma" Açıq Səhmdar Cəmiyyətində (ASC) qalmaqal yaşanır. Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir ki, ASC-nin rəhbəri Əhməd Bünyadov səhmdarlardan xəbərsiz şirkətin balansında olan avtomaşınları satıb.
Onun bu addımı narazılığa səbəb olub. Konkret olaraq Səfərov Səməd Sadiq oğlu adlı səhmdar bununla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Kommersiya Məhkəməsində iddia qaldırıb. Onun iddia tələbi maşınların geri qaytarılması, ASC-dəki payının və xalis mənfəətinin ona verilməsi ilə bağlıdır.
Naxçıvan MR Kommersiya Məhkəməsi onun iddiasını təmin etməyib. Səməd Səfərov apellyasiya intstansiyasından da məğlub ayrılıb. Lakin hüquqi mübarizəsini dayandırmayıb. O, Naxçıvan MR Ali Məhkəməsinə kassasiya şikayəti verib.