Sumqayıtda silahlı və evlərdən oğurluqlar edən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının Corat qəsəbəsində həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Sərdar Heydərov saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd patron darağı və 36 ədəd patron aşkar olunaraq götürülüb.