BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda yeni təşkilat yaradıldı

Azərbaycanda “Birlik İnkişafa Zəmanətdir” (BİZ) Vətəndaş Təşəbbüsləri Təşkilatı yaradılıb.

 

Pravda.az-ın xəbərinə görə, təşkilata Qubad İbadoğlunun rəhbərlik edəcəyi bildirilir.

 

Hərəkatın bəyanatında qeyd olunub:

 

“Azərbaycan son müstəqillik tarixinin ən mürəkkəb dövrünü yaşayır. Ölkədə uzun müddətdir həllini gözləyən çoxsaylı sosial, iqtisadi, maliyyə, hüquqi və siyasi problemlər var. Eyni zamanda Ermənistan 27 ildir Dağlıq Qarabağı və 7 rayonu işğalda saxlayır.

 

Dövlətin maliyyə imkanlarının çox yaxşı olduğu vaxtlarda həll edilməyən bu nəhəng problemlər ölkənin əsas gəlir mənbəyi olan neftin kəskin ucuzlaşması və COVİD-19 pandemiyasının doğurduğu lokal və qlobal böhran şəraitində daha da kəskinləşməkdədir.

 

Bir tərəfdən həyati əhəmiyyət kəsb edən sosial durum pisləşir, digər tərəfdən isə onların həlli imkanları məhdudlaşır. Hakimiyyətin qeyri-real, sistemsiz və səmərəsiz addımları ilə bu böhranlı şəraitdən itkisiz çıxmaq real görünmür.

 

Ölkəmizin mövcud durumunu dərindən analiz etmək, görülməsi zəruri olan işləri müəyyənləşdirmək və həyata keçirmək istiqamətində birgə peşəkar çalışmalara ciddi ehtiyac yaranıb. Biz bir qrup fəal şəxslər bu məqsədlə ölkəmizin bugünü və gələcəyi naminə sosial şəbəkələr üzərindən “BİZ” adlı vətəndaş təşəbbüsü ilə çıxış etməyə qərar verdik.

 

"BİZ" vətəndaş təşəbbüsünün məqsədi azad fikir və sağlam düşüncə meydanında müzakirə və mübadilə imkanı yaratmaq, cəmiyyət olaraq gücümüzü və iradəmizi ifadə etmək, fərd olaraq taleyimizə biganə olmadığımızı hər kəsə anlatmaq və ölkənin sabit, təhlükəsiz və firavan gələcəyi naminə birlikdə çalışmağa nail olmaqdır.

 

“BİZ” sosial şəbəkələrin rəy liderlərinin ictimai-siyasi baxışlarını ümumiləşdirərək müvafiq strategiyanın hazırlanmasını həyata keçirmək niyyətindəyik.

 

İqtisadi, sosial, hüquqi, siyasi və Qarabağ problemi ilə bağlı analitik təhlillərin aparılmasını, cəmiyyətin müzakirəsinə təqdim edilməsini, müxtəlif sosial qruplara yönəlik işin təşkilini, cəmiyyətin mənəvi-psixoloji hazırlığının artırılmasını, təşkilatlandırılmasını həyata keçirməyi nəzərdə tuturuq.

 

“BİZ” insan hüquq və azadlıqlarını, qanunun aliliyini, universal bəşəri dəyərləri rəhbər tutduğumuzu ifadə edirik.

 

Ölkədə öz məqsəd və məramları istiqamətində cəmiyyətə töhfə verməyə çalışan siyasi və ictimai təşkilatlarla bərabər məsafədə dayandığımızı bildiririk.

 

"BİZ", ölkəmizin gələcəyi naminə çalışmağa hazır olan hər kəsin meydanıdır. Özünə inanan, “BİZ”-ə güvənən, “gələcəyimiz öz əlimizdədir”düşüncəsinə sahib olan hər kəsi bu meydanda görməkdən şərəf duyarıq.

Tarix: 15 May 2020, 22:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin