Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində avtomobillərdən səsgücləndiriciləri oğurlayan, benzin çəkib aparan şəxs peyda olub. Baku.ws-in “qaynar xətti”nə daxil olan məlumata görə, qəsəbədə belə hallar dəfələrlə təkrarlanıb.
Maraqlısı budur ki, maşınlara qənim kəsilən şəxs artıq təhlükəsizlik kameralarına belə, məhəl qoymur.