İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin aparıcı şirkətlərdən biri olan “Avropa Qapıları” MMC barəsində protokol tərtib edib.
Yeniavaz.com Dövlət Xidmətindən açıqlanan məlumata istinadən xəbər verir ki, “Avropa Qapıları” MMC-nin müştərilərə satdığı məhsulda istehsal qüsuru olmasına baxmayaraq, məhsul dəyişdirilməyib və ya qaytarılmayıb.
Qəbul edilən protokola əsasən “Avropa Qapıları” MMC -nin 600 manatdan 900 manatadək məbləğdə cərimə ediləcəyi gözlənilir.
