Xalq yazıçısı, mərhum kinorejissor Rüstəm İbrahimbəyovun qəbri ziyarət olunub.
Pravda.az xəbər verir ki, Xalq artisti Rasim Balayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, tanınmış qələm ustadını yad edib, qəbrinin üstünə gül qoyublar:
“Rüstəm İbrahimbəyov istedadı ilə seçilən bir sənətkar idi. Onun əsərləri xarici ölkə teatrlarında, sovetlər məkanında tamaşaya qoyulub. Elə bir teatr yoxdur ki, Rüstəmin əsəri orada səhnələşdirilməsin. Bu gün Rüstəmin yeri görünür. Nə mənada? Bu gün Azərbaycan kinosunun vəziyyəti göz önündədir. Kinonun əsas çatışmazlıqlarından biri dramaturgiyadır. Rüstəm də gözəl ssenrist, öz xaraketri ilə öznəməxsuz insan idi. Onun bu gün üçün gözəl ssenariləri ola bilərdi. Təssüf ki, Rüstəm İbrahimbəyov artıq həyatda yoxdur”.