Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Sevda Sanaliyeva: "Həkimlər diaqnoz qoydular ki, sonsuzam"

2 730
Paylaş:
Sevda Sanaliyeva: "Həkimlər diaqnoz qoydular ki, sonsuzam"

"Anama görə ailə qura bilməzdim. Çünki ona mən baxırdım, xəstə idi. Gərək, ailə qursam, sənəti atardım, bütün yük də həyat yoldaşımın üstünə düşəcəkdi. Bunu isə istəmirdim. Həm də həkimlər diaqnoz qoymuşdular ki, sonsuzsan, övladın olmayacaq. Təkcə Azərbaycanda yox, Rusiyada, Türkiyədə də eyni diaqnoz qoyulmuşdu".

Pravda.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Sevda Sanaliyeva qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Sənətçi bildirib ki, həkimlər ona səhv diaqnoz qoyub:

"Çox müalicə aldım, xeyrini görmürdüm. Dedilər ki, sonsuzsan, müalicə etmə. Müalicəni atdım və iki övladım dünyaya gəldi. 33 yaşında ailə qurdum. İndi böyük övladımın 9 yaşı var".

Qeyd edək ki, Sevda iki dəfə ailəli olub və ayrılıb. Onun bir qız və bir oğlan övladı var. 

Paylaş:

Ən son xəbərlər