Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

Yay səyahəti üçün tur paketi alanların nəzərinə - VİDEO

1 556
Paylaş:
Yay səyahəti üçün tur paketi alanların nəzərinə -     VİDEO

Yay mövsümünə xarici ölkələrə tur paket alanlar bu rezervləri ləğv etdirib ödənişlərinə geri ala, səyahətin vaxtını isə əlavə ödəniş etmədən dəyişdirə bilərlər. Ödənişi geri alan müştərilər 25-30 % itki ilə qarşılaşa bilər. Bunun müəyyən səbəbləri var.

Hər il olduğu bu il də xarici ölkələrə səyahət üçün erkən rezervasiya etdirən müştərilər bu il koronavirus səbəbi ilə bu üstünlükdən yararlana bilmədilər. Amma demək olar ki, bütün xarici ölkələrdə turistlərin yerləşdirilməsi ilə məşğul olan kampaniyalar erken rezervasiya elətdirən müştərilərə bir neçə seçim imkanı təqdim ediblər.

Üstəlik məsələn iyul ayı üçün alınan tur paketlər əlavə ödənişsiz avqust və ya sentyabr aylarına da keçirilə bilər. Əgər müştəri bütün bu şərtləri qəbul etməzsə o ödənişini geri də ala bilər. Amma bu zamanda müştəri həm itgi ilə qarşılaşır , həm də ödənişini geri almasının dəqiq tarixi bilinmir.

Bu itki də bank və xidmət xərcələri ilə əsaslandırılır. Eyni qaydalar əvvəlcədən alınan təyyarə biletləri üçün də keçərlidir.

Paylaş:

Ən son xəbərlər