Həbsdə olan tanınmış iş adamı, sabiq deputat Nazim Bəydəmirli Prezident İlham Əliyevə müraciət edərək, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edib.
Pravda.az xəbər verir ki, hazırda Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək həbsdə saxlanılan N.Bədəmirli ona qarşı işin heç bir hüquqi əsası olmadığını bildirib.
N.Bəydəmirli Prezident İlham Əliyevə müraciətində iddia edib ki, onun ötən il iyulun 4-də baş vermiş həbsi uydurma cinayət işi əsasında olub. O, həbs olunmazdan əvvəl iki həftə ərzində media ilə aktiv əlaqədə olduğunu, Gədəbəydəki “Söyüllü hadisələri” adlandırdığı olaydan sonra yerli və xarici nümayəndələrə müsahibələr verdiyini vurğulayıb. Bu müsahibələr zamanı Bəydəmirli öz təsir imkanlarından istifadə edərək yerli sakinləri sakit olmağa və hüquq-mühafizə orqanları ilə münaqişələrdən qaçmağa çağırıb.