"Ötən il Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin konstitusiya hüququ üzrə dərsliyi nəşr olunub. Aldım, vərəqlədim və dəhşətə gəldim".
Pravda.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Əkrəm Həsənov deyib.
"Ötən il Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin konstitusiya hüququ üzrə dərsliyi nəşr olunub. Aldım, vərəqlədim və dəhşətə gəldim".
Pravda.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Əkrəm Həsənov deyib.
Ə.Həsənovun sözlərinə görə, kitabın 84-cü səhifəsində yazır ki, Bayraq meydanındakı bayrağımız dünyada ən böyük bayraqlardan biridir: "Bildiyiniz kimi sözügedən bayraq 2017-ci ildən orada yoxdur. 600 səhifəlik kitabda bir dənə olsun istinad yoxdur. Ramiz Mehdiyevdən (s. 77) tutmuş hüquq alimlərinədək sitatlar gətirir, amma istinad vermir. 62-ci səhifədən başlanan “Müasir Azərbaycan konstitusionalizminin mənşəyi” adlı paraqraf Azıx mağarasından başlayır. Hətta deyir ki, “Monqol imperiyasının konstitusiya aktlarının əsilləri müasir dövrədək gəlib çatmayıb” (yəqin kserosurətini hardansa tapıb). Adam konstitusiya hüququ üzrə elmlər doktorudur, amma konstitusion quruluşun (insan haqları və hakimiyyətlərin bölünməsinə söykənən quruluşun) nə olduğunu bilmir. 63-cü səhifədə yazır ki, Azərbaycan milləti Atropatenada (eramızdan əvvəl) formalaşmağa başlayıb, 64-cü səhifədə isə deyir ki, Səlcuqların gəlişi (XI əsr) ilə əhalinin türkləşməsi və Azərbaycan etnosunun formalaşması başlandı. 104-cü səhifədə yazır ki, referendumda qanunlar (əslində referendum aktı!), hansısa yerli sovetlər (əslində bələdiyyələr) və parlament (əslində, o, ancaq qanun qəbul edir) tərəfindən isə alt qanunlar qəbul oluna bilər. Yəni normativ hüquqi aktların təsnifatından belə xəbəri yoxdur!"
Hüquqşünas əlavə edib ki, kitabda Naxçıvan və onun konstitusiya hüququ haqda heç nə yoxdur: "Sanki muxtar respublikamız yoxdur. Və daha nələr və nələr. Aliminə, müəlliminə, Konstitusiya Məhkəməsinin hakiminə bax millətimin... İndi başa düşdünüz də, niyə ədliyyə naziri və Konstitusiya Məhkəməsinin sədri yazdıqları kitabları gizlədirlər. Heç kitabxanada da tapmaq olmur!"