“Ortadan da aşağı səviyyədə oxuyan Mahsun Qırmızıgül, türkün çörəyini yeyib türkə daş atırsan?”
Türkiyənin kürd əsilli tanınmış müğənnisi Mahsun Qırmızıgülün “Urmiya və əziz gəlinim 2024” adlı videoçarxınında oxuduğu mahnıda Güney Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və bütün türklərin ata yurdu olan Urmiyanı “kürd şəhəri” adlandırması Azərbaycanın quzeyində və güneyində kəskin etiraza səbəb olub. Bu barədə Yenicag.az-a açıqlama verən Xalq artisti, tannımış rejissor Şeyx Əbdül sənətçinin bu addımına sərt reaksiya verib. Şeyx Türkiyədə oturub, tanınıb, türklərin çörəyini yeyən, türkün hesabına adam olan bir müğənninin belə mahnı oxumasının arxasında erməni təbliğatının dayandığını bildirib: