Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Fəxri Kərimli Londondakı mənzilini 625 min funt sterlinqə (1,33 milyon manat) satıb. Hazırda beynəlxalq neft treyderi kimi fəaliyyət göstərən Fəxri Kərimli Londonun Ability meydanındakı (Millharbour 37, mənzil 186) 94 kv. metrlik 3 otaqlı əmlakına ötən il müştəri tapıb.
Pravda.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır.
