Şair və jurnalist Anar Vəziroğlu ilə müğənni Mənzurə Musayeva arasında efirdə qalmaqal yaşanıb. Pravda.az bizim.media-ya istinadən bildirir ki, tərəflər "Elgizlə izlə" ictimai-sosial verilişinin canlı yayımında qarşı-qarşıya gəliblər.
Buna səbəb Vəziroğlunun "Mənzurəyə sual verirəm - Şövkətin tələbəsi olmuşam nə deməkdir?" sözləri olub.
Bunu eşidən Mənzurə "od püskürüb". Musayeva ayağa qalxaraq Vəziroğlunun üzərinə gedib və bu sözləri dilə gətirib: "Mən onun tələbəsi deyiləm. Bu, bildiyini də danışır, bilmədiyini də... Mən daha sənin nazınla oynayan deyiləm. Sən kimsən, axı? Sən mənə söz deyə bilmərsən. Sənin mənimlə nə işin var? Anar mənim sənətimə söz deyə bilməz".