Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Elşən Abduləzimov vəfat etdi

2 241
Paylaş:
Elşən Abduləzimov vəfat etdi

Diplomat Elşən Abduləzimov vəfat edib.


Bu barədə Pravda.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.


“Bu gün, dəyərli həmkarımız, peşəkar diplomat Elşən Səməd oğlu Abduləzimov ağır xəstəlikdən sonra vəfat edib. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”- deyə məlumatda bildirilib.


Qeyd edək ki, Elşən Abduləzimov Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin birinci katibi olub. O, Prezident İlham Əliyevin 2021-ci il 28 iyul tarixli sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.

Paylaş:

Ən son xəbərlər