Azərbaycandakı Qərblə bağlı şəbəkənin seçki günü genişmiqyaslı gözdənsalma kampaniyasına hazırlaşdığını təsdiqləyən və bu istiqamətdə fəaliyyəti ifşa edən məlumatlar həndəsi silsilə ilə artmaqdadır. Pravda.az axar.az-a istinadən bildirir ki, yayılan ən son məlumatlarda bu prosesin Toplum TV-nin bazasında jurnalist Xədicə İsmayıl və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi İB-nin sədri Anar Məmmədli vasitəsilə həyata keçirildiyi bildirilmişdi.
Qeyd edilirdi ki, Xədicə İsmayıl Bakı Jurnalistika Məktəbi nəzdində gənclərdən ibarət qrup formalaşdırır və bu qrupun əsas vəzifəsi seçki günü seçkilərin saxtalaşdırılacağına dəlalət edən faktların toplanması və yayılmasıdır. Gənclərə Gürcüstanda GİPA, Avropa ölkələrində pulsuz təhsilini davam etdirmək imkanları vəd edilir, onların seçki günü fəaliyyətinə böyük pullar xərclənir.
SMDT sədri Anar Məmmədlinin oxşar fəaliyyəti həyata keçirməsi üçün Qərb fondlarından böyük vəsait aldığı, bunun müqabilində onun 500 nəfərdən ibarət və bütün ölkə boyu fəaliyyət göstərəcək geniş şəbəkə yaradacağı, lakin üzərinə qoyulmuş vəzifənin öhdəsindən gəlmədiyi və cəmi 20 nəfərə yaxın qrup formalaşdırdığı, onların da əsasən radikal müxalifətin nümayəndələri olduğu bildirilmişdi. Məlumatda o da qeyd edilirdi ki, A.Məmmədli aldığı böyük məbləğdə qrantı mənimsədiyi və öz məqsədlərinə sərf etdiyinə görə indi çətin vəziyyətdədir.
Redaksiyamıza daxil olan son məlumatlar deyilənlərin yalan olmadığını və həqiqətən də Qərbdən maliyyələşən şəbəkə üzvlərinin, o cümlədən də Toplum TV və SMDT-nin bu istiqamət üzrə ardıcıl fəaliyyət göstərdiyini təsdiq edir. Bu məlumatlar sırasına səsvermə günü məntəqələrdə fəaliyyət göstərən gənclər üçün hazırlanmış iki təlimat xüsusi önəm kəsb edir. "Müşahidəçilər üçün davranış qaydaları ilə bağlı hazırlanmış Təlimat"da gənclərə seçki günü davranış qaydaları, hansı məsələlərə diqqət yetirilməsinin, nələrin videoya çəkilməsinin və s. məsələlərin vacib olduğu qeyd edilir.
Məsələn, bildirilir: "Sabah (yəni bu gün - red.) saat 7 tamamda artıq həmin məntəqədə olmaq lazımdır ki, prosesləri əvvəldən izləmək mümkün olsun. Mobil telefonların şarjını tam dolu saxlamaq və əgər varsa, poverbank götürmək. Sizdən kimliyindən asılı olmayaraq kimsə (hətta jurnalistlər belə soruşsa, fərq etmir) niyə və nə üçün, hansı maraqlar üçün müşahidəçi olduğunuzu sorarsa, hara ilə əməkdaşlıq etməyinizdən söz açmamağınız xüsusi xahiş olunur. Bu, hər iki tərəfin təhlükəsizliyi üçün vacibdir".
Qrup üzvləri bütün texniki avadanlıqla təmin olunublar, onlara həmin texniki vasitələrlə necə davranmağın lazım olduğu göstərilib.
Diqqəti çəkən bir məqam da kifayət qədər ehtiyatlı davranmaq tövsiyəsidir ki, bu da ümumilikdə fəaliyyətin qeyri-leqal xarakter daşımasından irəli gəlir.
Daha sonra "seçki pozuntusu"nun necə lentə alınması barədə tövsiyələr verilir: "Əlbəttə ki, situasiya çətin ola bilər, lakin video çəkəndə telefonun əsməməsinə, fokus problemi olmamasına diqqət edin, topa bülleten və digər saxtakarlıqları edən şəxslərin üzünün videoda düşməsi lazımdır ki, ifşalamaq mümkün olsun. Videolar əsasən horizontal çəkilir, belə olması daha uyğundur, lakin bu hadisədən, həmin andan asılı olaraq, təbii olaraq dəyişə bilər. Qanunsuzluqlar əks olunan videoları çəkdikdən sonra dərhal qruplara atın və imkan daxilində qısa məlumatı (hansı məntəqə və dairədə olduğu, sizdən savayı yerli, yaxud beynəlxalq müşahidəçilərin reaksiyası, MSK nümayəndələrinin reaksiyası) yazılı, yaxud səsli şəkildə bölüşün".
Deməli, qrup şəkilndə fəaliyyət göstərən "xəfiyyələr"ə həm də çəkilişlərin necə aparılması öyrədilir. Bu da onun üçün vacibdir ki, sonrakı mərhələdə bu görüntülər Qərbin aparıcı medialarına göndərildikdə onlar bundan istifadə edə bilsinlər. Çünki təlimatçılar çəkilişlərin standartlara uyğun olmadığı halda ciddi media tərəfindən yayımlanmayacağını çox yaxşı bilirlər.
Digər məqamların da aydın təsvir olunduğu bu təlimatda unutqanlıq problemi yaşayan "xəfiyyələrə" nə eləməyin lazım olduğu öyrədilir: "Diqqət problemləriniz varsa, kiçik kitabça götürə və diqqətçəkən məqamları qeyd edə bilərsiniz". Həmçinin, həmin şəxslərə məntəqədən kənara çəkilməmək və 11 saat ərzində iş başında olmaq tapşırılır: "Yanınızda su və yeyəcək nəsə götürə bilərsiniz ki, yemək fasiləsi verib hansısa pozuntuları nəzərdən qaçırmaq ehtimalını minimuma endirəsiniz".
Təlimatda səslərin sayılması zamanı nələr etmək lazım olduğu öyrədilir və təhlükəsizlik baxımından telefonda məlumat saxlamamaq və onları ötürdükdəın sonra silmək tapşırılır.
Cavid Nəbiyev adlı qeyri-ənənəvi seksual orientasiyaya malik digər təlimatçı isə qrupa aşağıdakı tövsiyələri verir: